23 Noyabr 2017, Cümə axşamı - 22:34

Gülhüseyn Abdullayev mübarizəyə başlayır

Gülhüseyn Abdullayev mübarizəyə başlayır

Müəllif: Elçin Zodorov, redaktor

20:33 - 22 Aprel, 2016

Avtoidmandakı yeganə fəxrimiz Gülhüseyn Abdullayev artıq mübarizəyə başlayır. O, sabah Portuqaliyada Eştoril trasında yarışa çıxacaq. Bu yazıda onun iştirak etdiyi seriya – Euroformula Open barədə qısa məlumat verəcəyik.

F-1.az xəbər verir ki, gənc sürücümüz, eyni zamanda Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi Formula1 üzrə Avropa Qran Prisinin səfirlərindən biri olan Gülhüseyn Abdullayev bu il Euroformula Open seriyasında mübarizə aparacaq. O, artıq qış testlərini arxada qoyub. 2016-cı ilin Gülhüseyn üçün uğurlu başladığını da qeyd etmək lazımdır. Təkoturacaqlı maşın yarışları seriyasında debüt edəcək həmyerlimiz bu yarışlara adaptasiya olmaq üçün Dubayda Formula Gulf 1000 seriyasına qoşulub və qələbələr qazanıb.

Gülhüseyn Euroformula Open-də Campos Racing komandasının tərkibində çıxış edəcək. Qeyd edək ki, bu komanda aşağı seriyaların demək olar ki, hamısında təmsil olunur və ən uğurlu komandalardandır. Bu il Formula1-də debüt edən indoneziyalı Rio Haryanto da məhz Campos Racing-in yetirməsidir. Komanda keçən mövsümü 2-ci yerdə başa vurub. Komandanın sürücüsü Konstantin Tereşenko da 2-ci olub.

Euroformula Open seriyasında 2016-cı il mövsümü 8 yarışdan ibarət olacaq və noyabrın 6-da Barselonada başa çatacaq.

MərhələTrasTarix
11-ci yarışPortugalEştoril Avtodromu (Portuqaliya), Autódromo do Estoril23 aprel
2-ci yarış24 aprel
21-ci yarışBelgiumSpa trası (Belçika), Circuit de Spa-Francorchamps21 may
2-ci yarış22 may
31-ci yarışFrancePol Rikar trası (Fransa), PolCircuit Paul Ricard, Le Castellet4 iyun
2-ci yarış5 iyun
41-ci yarışUnited KingdomSilverstoun trası (Böyük Britaniya), Silverstone Circuit23 iyul
2-ci yarış24 iyul
51-ci yarışAustriaRed Bul Halqası, Şpilberq (Avstriya), Red Bull Ring, Spielberg10 sentyabr
2-ci yarış11 sentyabr
61-ci yarışItalyMontsa Milli Avtodromu (İtaliya), Autodromo Nazionale Monza1 oktyabr
2-ci yarış2 oktyabr
71-ci yarışSpainXeres trası (İspaniya), Circuito de Jerez29 oktyabr
2-ci yarış30 oktyabr
81-ci yarışSpainBarselona trası (İspaniya), Circuit de Barcelona-Catalunya5 noyabr
2-ci yarış6 noyabr

 

Euroformula Open-də həftəsonu formatı belədir: Cümə günü 2 sərbəst yürüş seansı olur. Şənbə günü ilk sıralanma turu və ilk yarış, bazar günü isə 2-ci sıralanma turu və 2-ci yarış keçirilir. Bu seriyada da xal sistemi Formula1-dəki kimidir: 25-18-15-12-10-8-6-4-2-1. Əlavə olaraq, poulu qazanan sürücülərə və yarışlarda ən sürətli dövrəni vuran sürücülərə 1 xal verilir. Ona görə də həftəsonunda maksimum 54 xal qazanmaq mümkündür.

Euroformula Open seriyası 2001-ci ildən etibarən təşkil olunur. Keçən ilin qalibi isə braziliyalı Vitor Baptista olub.

Sabah keçiriləcək ilk yarışa baxmaq üçün bura daxil olmanız kifayətdir. Yayım Bakı vaxtı ilə saat 17:05-də başlayacaq. Yarışın startı isə 17:15-də veriləcək.

Bazar günü keçiriləcək 2-ci yarışı isə buradan izləyə biləcəksiz. Bu yarış Bakı vaxtı ilə 15:15-də başlayacaq.

Gülhüseynə F-1.az saytı adından yarışda və bütünlükdə mövsümdə uğurlar arzulayırıq.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Manşet
Mənbə
Baxış Sayı 762
Teqlər , , , , ,
Paylaş

logo