Gülhüseyn Abdullayev Formula Gulf 1000 seriyasında iştirak edir (video)

Onun bu seriyada iştirak etməsinin səbəbi qarşıdakı mövsümdə mübarizə aparacağı EuroFormula Open seriyasına hazırlaşmaqdır.

F-1.az xəbər verir ki, Azərbaycanı dəfələrlə kartinq yarışlarında uğurla təmsil etmiş Gülhüseyn Abdullayev cümə günü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Formula Gulf 1000 yarışında mübarizə aparacaq. O, artıq dünəndən sərbəst yürüşlərə qoşulub. Sərbəst yürüşlər zamanı trası daha yaxşı öyrənməyə çalışan həmyerlimiz ilk iki sessiyada 5-ci olub. Sonuncu sessiyada isə Gülhüseyn qənaətbəxş nəticə göstərib və protokollarda 3-cü sətrə yiyələnib. Qeyd edək ki, hər üç sessiyada ən yaxşı nəticəyə danimarkalı Kato Poulsen imza atıb.

Gülhüseyn bu mövsüm EuroFormula Open seriyasında Campos Racing komandasının heyətində iştirak edəcək.

Cümə günü keçirilən yarışda həmyerlimizə uğurlar arzulayırıq…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*