Gulf Air azarkeşlərin pulunu qaytaracaq

Bəhreyn Krallığının əsas aviaşirkəti olan Gulf Air ölkədə siyasi böhran üzündən təxirə salınmış Formula1 mərhələsinə baş çəkməyi planlaşdıran hər bir […]

Bəhreyn Krallığının əsas aviaşirkəti olan Gulf Air ölkədə siyasi böhran üzündən təxirə salınmış Formula1 mərhələsinə baş çəkməyi planlaşdıran hər bir kəsə biletin dəyərini kompensə edəcək. Gulf Air eyni zamanda Bəhreyn Qran Prisinin titul sponsorudur.

Şirkətin nümayəndəsi bildirib ki, “biz Formula1 yarışına uçmaq üçün bron edilmiş hər bir biletin dəyərini geri qaytaracayıq – həm fərdi şəxslərə, həm də turist qruplarına…”

Arabian Business qəzetinin bildirdiyinə görə, yarış təxirə salındığına görə ölkənin maliyyə itkisi 700 milyon dolları keçib. Məhz buna görə də ölkənin hökuməti ümid edir ki, bu il yarışı başqa vaxtda keçirmək mümkün olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*