22 Noyabr 2017, Çərşənbə - 20:43

GP2-2017: Təqvim təqdim olunub

GP2-2017: Təqvim təqdim olunub

Müəllif: Elçin Zodorov, redaktor

21:44 - 27 Yanvar, 2017

GP2 seriyasının təşkilatçıları builki mövsümün təqvimini açıqlayıblar. Mövsüm yenə 11 mərhələdən ibarət olacaq, lakin çempionat bu dəfə 10 yarış çərçivəsində keçiriləcək. Bu addım komandaların xərclərinin azaldılması üçün atılıb. Malayziya yarışının təşkilatçıları seriyadan imtina ediblər, bunun əvəzində isə oktyabr ayında Xeresdə xüsusi yarış baş tutacaq.

F-1.az xəbər verir ki, ötən illə müqayisədə digər dəyişikliklər Almaniyanın təqvimdən çıxması və mövsümün Barselonada yox, Bəhreyndə başlamasıdır. Bu addım da xərclərin azaldılması məqsədi ilə atılıb, çünki mövsümöncəsi son testlər elə Bəhreyndə keçiriləcək və ilk yarışa iki həftə qalmış başa çatacaq.

Bruno Mişel, GP2 seriyasının rəhbəri: “Mən şadam ki, təqvimdə yenə 11 yarış var, onlardan 10-u Formula1-lə eyni vaxtda keçiriləcək. Bundan başqa, Saxir təqvimə qayıdır. Xeresdə, Montsada və Əbu Dabidə də yarış keçirəcəyimiz üçün məmnunuq.

Biz istəyirdik ki, ötən il olduğu kimi, Avropadan kənarda üç yarış keçirək. Lakin olmadı. Biz daşınma xərclərini də nəzərə almağa çalışdıq. Ona görə də, ilk mərhələ elə mövsümöncəsi testlərin də keçiriləcəyi Bəhreyndə – Saxirdə baş tutacaq”.

TarixŞəhər, trasYarışSessiya
13-15 martBarselonaİspaniyatest
29-31 martSaxirBəhreyntest
14-16 aprelSaxirBəhreynyarış
12-14 mayBarselona, Katalunyaİspaniyayarış
25-27 mayMonte KarloMonakoyarış
23-25 iyunBakı, Bakı Şəhər HalqasıAzərbaycanyarış
7-9 iyulŞpilberq, Red Bull RinqAvstriyayarış
14-16 iyulSilverstounBöyük Britaniyayarış
28-30 iyulBudapeşt, HunqarorinqMacarıstanyarış
25-27 avqustSpaBelçikayarış
1-3 sentyabrMontsaİtaliyayarış
6-8 oktyabrXeresİspaniyayarış
24-26 noyabrYas MarinaƏbu Dabiyarış

Son Xəbərlər

İnformasiya

Bölüm Formula2
Mənbə
Baxış Sayı 2. 394
Teqlər , , ,
Paylaş

logo