23 Noyabr 2017, Cümə axşamı - 11:40

Gənc sürücülərin testləri yayda Silverstounda baş tuta bilər

Gənc sürücülərin testləri yayda Silverstounda baş tuta bilər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:00 - 29 Mart, 2012

Gənc sürücülərin testləri artıq Formula1-in xoş ənənələrinə çevrilib. İlk dəfə bu testlər 2009-cu ildə İspaniyanın Xeres avtodromunda keçirilmişdi, amma pis […]

Gənc sürücülərin testləri artıq Formula1-in xoş ənənələrinə çevrilib. İlk dəfə bu testlər 2009-cu ildə İspaniyanın Xeres avtodromunda keçirilmişdi, amma pis hava şəraiti üzündən növbəti iki il gənc sürücülər Abu Dabiyə toplaşıblar. Lakin bu dəfə yenə də tras dəyişə bilər – Britaniyanın Autosport həftəliyinin verdiyi xəbərə görə, komandalar testlərin Böyük Britaniya Qran Prisindən bir neçə gün sonra Silverstounda keçirilməsi imkanlarını müzakirə edirlər.

Bu qərarın maraqlı səbəbi var. Məsələ ondadır ki, cari mövsümün təqvimində Abu Dabi Qran Prisi sondan üçüncü yarışdır, bu yarışdan sonra komandalar ABŞ və Braziliyaya uçmalıdırlar. Testlər gənc sürücülər üçün nəzərdə tutulsa da, heç kim Qəri Paffet və Cankarlo Fizikella kimi təcrübəli test sürücülərin trasa çıxmasına formal qadağa qoya bilməz. Ona görə də komandalar hesab edirlər ki, mövsümün sonunda titul uğrunda mübarizə aparan komandalar son yarışlar ərəfəsində testlərdən öz xeyirləri üçün istifadə edə bilərlər.

Bundan başqa, mövsümün son dörd yarışı demək olar ki, ardıcıl gəlir – cəmi beş həftəyə dörd yarış keçiriləcək. Ona görə də mexanik və mühəndislərin vaxtını testlərə sərf eləmək humanist addım deyil.

Silverstounda rəsmi Formula1 testlərə 2008-ci ilin iyununda keçirilib. Xatırladaq ki, Böyük Britaniya Qran Prisi 6-8 iyulda baş tutacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 137
Teqlər
Paylaş

logo