15 Oktyabr 2018, Bazar ertəsi - 14:40

Gələn il yalnız 5 “ev Qran Prisi” olacaq

Gələn il yalnız 5 “ev Qran Prisi” olacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:49 - 01 Yanvar, 2013

2013-cü ildə Formula1-də mövsümün yalnız beş yarışında yerli sürücülər starta çıxacaqlar. Mark Uebber və Daniel Rikkardo Asvtraliyada, Fernando Alonso İspaniyada, […]

2013-cü ildə Formula1-də mövsümün yalnız beş yarışında yerli sürücülər starta çıxacaqlar. Mark Uebber və Daniel Rikkardo Asvtraliyada, Fernando Alonso İspaniyada, Censon Batton, Lyuis Həmilton, Pol di Resta və Maks Çilton Böyük Briytaniyada, Sebastyan Fettel, Niko Rosberq, Niko Hülkenberq və Timo Qlok Almaniyada və Felipe Massa Braziliyada doğma azrkeşlərini sevindirəcəklər.

Hər il Avropa mərhələləri azalır və onları Asiya mərhələləri əvəz edir, amma çempionata yerli sürücülər gəlmir. 2013-cü ildə çempionat mərhələ qəbul edən iki ölkə öz vətəndaşlarını itirəcək – Hindistan və Yaponiya.

Maraqlıdır ki, Formula1-in ilk mövsümü olan 1950-ci ildə altı Qran Prinin hər birində yerli sürücülər start alıblar. 1966-cı ildə isə doqquz Qran Pridən yalnız beşində azarkeşlər həmyerlilərinə azarkeşlik ediblər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 318
Teqlər , , , , , , , , , , ,
Paylaş

logo