Üç həftədən sonra Robert Kubitsanın Lotus Renault GP komandası ilə müqaviəsinin müddəti başa çatır. Şayiələr gəzir ki, gələn ilin baharında polşalı sürücü Mucelloda Ferrari-nin sükanı arxasında testlər keçirəcək – Skuderiya reqlamentin tələblərini pozmamaq üçün köhnə F10-dan istifadə edəcək.
İspaniyanın As qəzeti yazır ki, Kubitsanın meneceri Ferrari ilə ilkin danışıqlar aparıb və 2013-cü ildə sürücünün Ferrari-də çıxış etməsi imkanlarını razılaşıb…