Gələn il mövsüm Bəhreyndə başlaya bilər

Valensiyada Berni Ekklstoun komandalara gələn mövsümün təqviminin ilkin versiyasını təqdim etmişdi, Belçikada təqvimin müzakirəsi davam edib. Britaniyanın Autosport saytının yazdığına […]

Valensiyada Berni Ekklstoun komandalara gələn mövsümün təqviminin ilkin versiyasını təqdim etmişdi, Belçikada təqvimin müzakirəsi davam edib. Britaniyanın Autosport saytının yazdığına görə, çempionat Melburnda deyil, Bəhreyndə başlaya bilər.

Amma bu dəfə mövsümün ilk yarışının dəyişdirilmə səbəbi 2006-cı ildə oluğu kimi dyeil – o zaman Milli Kubokla toqquşmadan qaçmaq lazım idi. Ekklstoun Melburn yarışını Avropa auditoriyası üçün rahat vaxta keçirməyi planlaşdırır, amma axşam qaranlığına düşməmək ümün bu mərhələ martin 28-dən sonra, yəni yay vaxtına keçiddın sonra keçirmək daha yaxşıdır.

Marın sonu mövsümün ilk yarışı üçün yaxşı vaxt deyil, təqvimdə 18 Qran Pri olduğu üçün mövsüm gərgin alınacaq, həm də təşkilatçılarda ehtiyat tarixlər olmayacaq, ona görə də mövsümün ilk yarışı Avstraliyadan iki həftə əvvəl – martın 14-də Bəhreyndə keçirilə bilər.

Son qərar hələ qəbul olunmayıb, Avstraliya Qran Prisinin təşkilatçıları mövsümün ilk yarışı statusunu saxlamaq istərdilər. Danışıqlar hələ davam edir, təqvimin ilk rəsmi versiyası oktyabrda dərc olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*