Gələn il Formula2 keçirilməyəcək

FİA-nın keçmiş prezidenti Maks Moslinin daha bir yeniliyi uğursuz alınıb – 2009-cu ildə debüt etmiş Formula2 seriyası bağlanır. Seriyanın əsas […]

FİA-nın keçmiş prezidenti Maks Moslinin daha bir yeniliyi uğursuz alınıb – 2009-cu ildə debüt etmiş Formula2 seriyası bağlanır. Seriyanın əsas üstünlüyü ondan ibarət idi ki, üzvlük haqqı çox aşağı idi və bunun da əsas səbəbi bütün sürücülər üçün vahid komanda anlayışı var idi, yəni hamıya eyni mühəndisə və mexaniklər xidmət edirdilər.

Faktiki olaraq komandalar anlayışın imtina edən seriyanın təşkilatçıları deyirdilər ki, bu halda bərabər şrəaitdə mübarizə aparan gənc sürücülərin ustalığına qiymət vermək daha asan olacaq, amma seriya Avropnaın digər çempionatları ilə rəqabət apara bilmədi, seriyanın qalibi isə yalnız Williams komandasının sükanı araxsında bir test günün qazanırdı. Ona görə də seriyaya maraq get-gedə azalıb və 2012-ci il mövsümü seriyada sonuncu olub. Bu gün seriyanın başçısı Conatan Palmer çempionatın dayandırılmasını elan edib…

Conatan Palmer: “FİA-nın qarşımıza qoyduğu məqsədləri realizə etmək üçün Formula2 hər bir iştirakçısı üçün həmişə bərabər şərait təşkil edib, amma zaman keçdikcə məlum oldu ki, bu tələbləri ödəyən vahid komanda konsepsiyası müəyyən kompromislər tələb edir və sürücülərin seriyaya marağı azaldı. Biz FİA ilə razılaşdıq ki, Formula2-də də müxtəlif komandalar sxeminə qayıtmaq lazımdır.

Digər seriyalar artıq çox populyarlaşıblar, ona görə də bizim seriyaya ehtiyac yoxdur. Biz 2013-cü ildə seriyaya qatılmaq istəyən sürücülər qarşısında məsuliyyət hiss edirik, ona görə də FİA ilə bu məsələni müzakirə etdik və federasiya seriyanı dayandırmaq qərarımızla razılaşdı. Dörd il ərzində biz çox şey öyrənmişik və indi FİA ilə Formula2-nin uzunmüddətli gələcəyi barədə danışıqlar aparırıq.”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*