G.Berger Mercedes GP-yə inanmır

Formula1-in keçmiş sürücüsü Gerhard Berger hesab edir ki, qarşıdakı mövsümün favoriti Red Bull komandası olacaq. Karyerasında 10 qələbə qazanmış avstriyalı […]

Formula1-in keçmiş sürücüsü Gerhard Berger hesab edir ki, qarşıdakı mövsümün favoriti Red Bull komandası olacaq. Karyerasında 10 qələbə qazanmış avstriyalı sürücünün fikrincə, Diter Mateşiçin komandasına Ferrari, McLaren və bəlkə də Lotus Renault GP rəqabət göstərə biləcəklər. Mercedes GP-nin inkişafına isə Berger inanmır…

Gerhard Berger: “Hesab edirəm ki, ən yaxşı maşını yenə də Red Bull hazırlayacaq. Onunla yalnız Ferrari və McLaren rəqabət apara biləcəklər. İstisna etmirəm ki, Lotus Renault GP-dən sürpriz gözləmək olar, Mercedes GP-yə gəlincə, bu komandanın liderlərin mübarizəsinə qoşula bilməsinə heç bir səbəb görmürəm. Bəzi kadr dəyişiklikləri eləyiblər, amma inanmram ki, bu, vəziyyətə təsir eləsin.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*