G.Berger: “Alonsonun qalib instinkti var”

Almaniyanın Auto Motor und Sport dərgisinin jurnalistləri ilə söhbətində Formula1-in keçmiş sürücüsü və on Qran Prinin qalibi Gerhard Berger hazırkı […]

Almaniyanın Auto Motor und Sport dərgisinin jurnalistləri ilə söhbətində Formula1-in keçmiş sürücüsü və on Qran Prinin qalibi Gerhard Berger hazırkı peletonda ən yaxşı sürücü haqqında danışıb…

Gerhard Berger: “Cari Formula1-in ən yaxşı sürücüsü Fernando Alonsonu hesab edirəm – o, peletonda ən stabil sürücüdür, demək olar ki, səhvə yol vermir. Bundan başqa onun qalib instinkti var, başqa heç kimdə belə instinkt yoxdur. Onun qarşısında baş əyirəm, amma Sebastyan Fetteli də qeyd etməmək olmaz, xüsusən də onun gəncliyini nəzərə almaqla.”

Jurnalistlər Bergerdən Mixael Şumaherin Formula1-ə qayıtmasından sonra uğur qazana biləcəyi ilə də maraqlanıblar…

Gerhard Berger: “Mənim cavabım sadə olacaq: missiya yerinə yetirilməzdir. Uşaqlıqdan məşq edən və səndən 20 yaş cavan olan sürücülərlə mübarizə aparmaq çox çətindir. Yalnız böyük təcrübəsi sayəsində Şumaher sadəcə onlara yaxınlaşa bilər…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*