G.Ştayner xalsız keçən yarışdan sonra əsəbidir

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Rusiyada işlər tərsinə getdiyi üçün əsəbləri pozulub.

F-1.az xatırladır ki, amerikalılar Çin və Bəhreyn yarışlarından xal qazandıqdan sonra Soçidə Qrojanla mübarizəni vaxtından əvvəl dayandırmış və Maqnussenlə 13-cü yeri tutmuşdular. Fransalı sürücü ikinci döngədə Palmerlə insidentə görə mübarizəni dayandırdığı halda, Maqnussen ikinci dövrədə trası kəsdiyi üçün 5 saniyə cəza almışdı.

Günter Ştayner: “Belə həftəsonlarından sonra çox əsəbləşirəm. Bu cür yarışlarda hər şey tərsinə gedir. Rusiyada da eynisi oldu. Çox pis yarış idi.

Maqnussenin aldığı cəza barədə danışmaq istəmirəm. Orada hər şey qarışmışdı və başqa çıxış yolu olmadığı üçün trası kəsdi. Cəza olmasaydı, bəlkə də xal şansımız ola bilərdi, amma yarış artıq bitib və xal ala bilmədik. İndi isə Barselonaya fokuslanmaq istəyirik. Ümid edirəm ki, orada yenidən uğurlu nəticə alarıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*