G.Ştayner ümidlidir

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, bu mövsümdə ümidlidir.

F-1.az xatırladır ki, amerikalı komanda tesrlərdə gözəl nəticə göstərmiş və rəqiblərini təəccübləndirmişdi.

Günter Ştayner: “Testlərdən sonra yaxşı yerdəyik. Ümid edirəm ki, ön qrupa daha yaxın olarıq. Aerodinamika və dizayn cəhətdən komanda əla iş gördü. Bolidin balansı da keçən ilə nisbətən yaxşıdır. Hazırda öz işimizi dəyərləndiririk. Digər komandaların da hansı vəziyyətdə olduğunu görmək üçün ilk yarışı gözləməliyik. İlk mərhələdə ən vacib mövzu etibarlılıqdır. Nə qədər çox dövrə vursanız, o qədər çox məlumat toplayarsınız. Beləliklə, bolidi anlamaq da asanlaşar. Bu il ilk üçlükdən başqa digər komandaların yaxın olmasını gözləyirəm. Buna görə də bizi çətin mübarizə gözləyir. Əlimizdən gələni edərək, 2018-ci ili yaxşı yerdə bitirmək istəyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*