G.Ştayner tarixi həftəsonudan razıdır

Haas komandasının rəhbəri Günter Ştayner Monakoda hər iki sürücüsü ilə də xal aldıqları üçün sevincli olduğunu deyib.

F-1.az xatırladır ki, Qrojan Monakoda 8-ci, komanda yoldaşı Maqnussen isə 10-cu yeri tutmuşdu. Beləliklə, Haas komandası Formula1-də ilk dəfə hər iki sürücüsü ilə də xal alıb.

Günter Ştayner: “Bu mövsüm ilk dəfə problemsiz yarış keçirdik və yaxşı xallar qazandıq. Roman ilk gündən etibarən qüsursuz sürərək, keyfiyyətini göstərdi. Kevin də son dövrələrdəki təkər partlamasına baxmayaraq, Pereslə Kvyatın insidentindən maksimum yararlandı. İndi növbədə Kanada yarışı var və oraya yaxşı hazırlaşmaq istəyirik. Ümid edirəm ki, performansımızı artıraraq, yaxşı nəticə əldə edə bilərik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*