25 Sentyabr 2018, Çərşənbə axşamı - 05:49

G.Ştayner sözünü geri götürüb

G.Ştayner sözünü geri götürüb

Müəllif: Rauf Hacıyev, redaktor

18:10 - 16 Dekabr, 2017

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, mətbuat onun Covinatsi barədə dediyi sözlərini səhv anlayıb.

F-1.az xatırladır ki, italiyalı sürücü Haas komandası ilə 7 dəfə birinci sərbəst yürüşlərdə iştirak etmişdi. Lakin Amerika təmsilmçisinin rəhbəri Ştayner bildirmişdi ki, növbəti il Covinatsinin xidmətində maraqlı deyillər. Səbəb olaraq isə 23 yaşlı sürücünün onlara mənfi təsir göstərdiyini demişdi.

Günter Ştayner: “Bizi səhv başa düşüblər. Həmin gün jurnalistlər məndən – “Covinatsi komandaya Qrojan və Maqnussen qədər kömək edir?” – deyə soruşmuşdular. Bu sualın cavabı necə olmalı idi? Buna görə də sualın cavabı pis oldu. Özü də, Antonio daha əvvəl yarışmadığı traslarda bizə yaxşı məlumatlar verdi. Ona hörmət edirəm. Formula1-də yarışmağa layiqdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 171
Teqlər , ,
Paylaş

logo