G.Ştayner: “Monako adi yarışdır”

Haas komandasının rəhbəri Günter Ştayner növbədə olan Monako yarışında qeyri-adi heç nə görmür.

F-1.az xatırladır ki, bütün Formula1 ictimaiyyəti Monakonu xüsusi yarış sayır. Hətta, bu yarışa avtoidmanın “brilyant qaşı” da deyirlər.

Günter Ştayner: “Məncə, Monako da digərləri kimi yarışdır. Orada da xal qazanmaq üçün mübarizə aparırıq. Əlbəttə, cazibəsinə görə həmişə xüsusi olub. Monakodakı ən böyük fərq hər şey arasındakı məsafədir. Çox gəzirsiniz və logistika cəhətdən yorucu traslardan biridir. Yarış da gərgin keçir və ən kiçik səhvinizdə divara çırpılırsınız. Ötmə etmək də çətindir və şənbə günü təzyiq çox olacaq. Çünki bazar günü qeyri-adi hal baş verməsə, yarış başladığı kimi bitəcək. Buna görə də əsl yarış elə sıralanma turunda olacaq. Bu yarışda strategiya çox vacibdir. Ötmə etmək üçün tək yer pit bölgəsidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*