G.Ştayner Formula1-də yeni komandalar istəyir

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, onların debüt ilində göstərdikləri nəticələr Formula1-ə yeni komandaların gəlməsinə kömək edəcək...

F-1.az xatırladır ki, Haas komandası Ferrari ilə əməkdaşlıq edir. Amerikalılar birinci yarışda 6-cı, ikinci yarışda isə 5-ci yerləri tutublar.

Günter Ştayner: “Biz yeni komandaların gəlməsini gözləyirik. Biz ümid edirik ki, bu layihə uğurlu olar və Formula1-ə yeni komandalar gələr”.

Haas komandası bəzi icazə verilən detalları Ferrari-dən alıb. Amerikalılar eyni zamanda Ferrari-nin aerodinamik borusunu və ən sonuncu mühərriyini istifadə edirlər.

Haas bu modeldən istifadə edən ilk komandadır və Ştayner bildirib ki, onlar belə etməklə doğru addım atıblar: “Biz həmişə dedik ki, biz eyni şeyi etmək istəmirik, çünki belə olan halda uğur qazanmaq çox çətin olur.

Çox çətin olduğu üçün də mən və Cin Haas bunu bacara bilməzdik.

Əgər siz uğursuz olacaqsınızsa, niyə bunu edəsiniz? Biz atdığımız addımdan razıyıq.

Digər komandaların nə düşündüyünü bilmirik. Onlar bizi tənqid etməkdənsə, özlərinə baxsınlar.

Qaydalar hamı üçün eynidir. Biz heç bir qayda pozuntusuna yol verməmişik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*