G.Ştayner: “Ferrari Mercedes-dən güclüdür”

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Ferrari-nin 2017-ci il mühərriyi ən az Mercedes-in mühərriyi qədər güclüdür.

F-1.az xatırladır ki, Ferrari komandası mövsümün ilk yarışını qazandığı halda, Haas komandası da sıralanma turunda Qrojanla 6-cı yeri tutaraq, hamını təəccübləndirmişdi. Amma fransalı sürücü yarışı etibarlılıq problemlərinə görə bitirə bilməmişdi.

Günter Ştayner: “Ferrari güc qurğusunda çox inkişaf edib. Bunu dəqiqliklə görə bilirik. Mercedes mühərriyi ilə mübarizə aparacaq gücdədirlər və mövsümiçi etdikləri yeniliklərlə daha güclü olacaqlar. Albert Parkdakı qələbə onlara böyük motivasiya verəcək və bolidin inkişafına müsbət təsir göstərəcək. Onlar mövsümün əvvəlində inkişaf etməsəydilər, hazırda bizim də vəziyyətimiz pis idi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*