26 Sentyabr 2018, Çərşənbə - 06:55

G.Ştayner: “Bunu gözləmirdik”

G.Ştayner: “Bunu gözləmirdik”

Müəllif: Rauf Hacıyev, redaktor

14:11 - 29 Mart, 2017

Avstraliya yarışında iki bolidlə də xal ala bilməyən Haas komandasının rəhbəri Günter Ştayner nəticəyə görə məyus olub.

F-1.az xatırladır ki, Maqnussen yarışın startında Eriksson ilə toqquşmuş və asılqan probleminə görə mübarizəni dayandırmalı olmuşdu. Qrojan isə 7-ci yerdə getdiyi yarışda su sızıntısı probleminə görə birdəfəlik boksa qayıtmışdı.

Günter Ştayner: “Bu gözlədiyimiz nəticə deyildi. Romanın bolidində su sızıntısı problemi var idi və haradan əmələ gəldiyini bilmirik. Kevinin yarışı isə 3-cü döngədəki qəzadan sonra məhv oldu və asılqan probleminə görə yarışdan çıxmalı oldu. Bütün bunlara baxmayaraq, sürət cəhətdən orta qrupdakı rəqiblərlə eyni səviyyədəyik. Bəlkə də daha güclüyük. Sonrakı yarışa daha yaxşı vəziyyətdə gəlmək istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 632
Teqlər , , , , ,
Paylaş

logo