G.Ştayner 25 yarış təklifini dəstəkləyir

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, 25 yarışlıq Formula1 təqvimi yaxşı fikirdir.

F-1.az xatırladır ki, Alonso təqvimdə 21 yarışdan çox olacağı halda, idmandan gedəcəyini demişdi.

Günter Ştayner: “Bir neçə yarışın təqvimə əlavə olunmasına qarşı çıxmaram. Burada yarış sayından çox ölkələr arasındakı məsafə önəmlidir. Yarışlar arasında qitə dəyişdirmək yorucu olur. Bunu yaxşı təşkil etsələr, yarış sayı problem olmaz. Belə olan halda, biz də, azarkeşlər də məmnun qalarıq. 25 yarış çox olsa da, mümkünsüz deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*