G.Berger sürücülərin fərqli seriyalarda yarışmasını istəyir

Sabiq Formula1 sürücüsü Gerhard Berger ümid edir ki, Alonsonun İndy500 yarışında iştirakı ilə yeni bir trend başlayar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü avtoidmanın brilyant qaşı sayılan Monakoda yarışmayacaq. Əvəzində isə avtoidman tarixinin ən nüfuzlu yarışlarından olan İndy500-də debüt edəcək.

Gerhard Berger: “Ümid edirəm ki, bəzi formallıqları geridə qoyarıq və sürücülərə daha çox fərqli seriyalarda yarışmaq şansı verilər. 1985-ci ilin Avstraliya yarışından bir gün əvvəl fərqli bir seriyada yarışmışdım və daha sonra Adelaidaya getmişdim. Həzz almışdım və müasir dövrdə də bu mümkün olmalıdır. Fettel də DTM-də yarışsa, əminəm ki, həzz alacaq. Sürücülərin boş vaxtları daha çox olur və bunu fərqli seriyarda yarışaraq, dəyərləndirə bilərlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*