G.Berger: “Şumaxerin möcüzəyə ehtiyacı var”

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Mixael Şumaxerin yenidən sağalması üçün möcüzə baş verməlidir.

F-1.az xatırladır ki, əfsanəvi sürücü 2013-cü ilin dekabrında Alp dağlarında xizək sürərkən qəza keçirtmiş və ağır yaralanmışdı.

Bəzi iddialara əsasən, Şumaxer hələ də gəzə bilmir və ətrafındakı insanlarla əlaqə qura bilmir.

Gerhard Berger: “Mən möcüzələrə inanıram və tezliklə Şumaxerdən yaxşı xəbərlər eşitməyə ümid edirəm. Korinna və Mikin çətin vəziyyətlə mübarizə aparması təqdirəlayiqdir. Mik qəlbinin səsini dinləyərək yarışçı olmağı seçdi. Bu mükəmməl hekayədir. Təbii ki, Mixaelin irsi çox böyükdür və hələ yenidir. Amma Mikdə bu təzyiqi dəf edə biləcək güc və istedad var. O bir Şumaxerdir və nə etdiyini bilir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*