18 Noyabr 2018, Bazar - 01:36

G.Berger mövsümün ilk yarışını dəyərləndirib

G.Berger mövsümün ilk yarışını dəyərləndirib

Müəllif: Rauf Hacıyev, redaktor

17:09 - 04 Aprel, 2017

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Ferrari-nin ilk yarışdakı qələbəsi onu təəccübləndirsə də, Mercedes-in favorit olduğunu düşünür.

F-1.az xatırladır ki, Ferrari mövsümöncəsi qış testlərində ən sürətli olmuş və mövsümün ilk yarışı Avstraliyada Sebastyan Fettellə qalib gəlmişdi.

Beləliklə, Sebastyan Fettel 2015-ci ildəki Sinqapur yarışından sonra ilk dəfə “qırmızılar”a qələbə gətirib. Əksəriyyət bu qələbədən sonra “şahə qalxan atlar”ı çempionluğun ən böyük favoritlərindən biri kimi görsə də, Berger Mercedes-in çempion olacağını düşünür: “Qış ərzində Ferrari-nin böyük addımlar atacağına şübhə ilə yanaşdım, amma onlar məni göstərdikləri performansla təəccübləndirdilər.

Bundan başqa Helmut Marko komandası ilə bağlı problemləri etiraf etdiyi üçün sevincliyəm. Bəhanə axtarmadı. Red Bull növbəti yarışlarda qələbə uğrunda mübarizə aparacaq.

Avstraliyadakı nəticələrdən belə qənaətə gəldim ki, Mercedes sıralanma tempində rəqiblərindən üstündür. Amma eyni sözü yarış tempində demək mümkünsüzdür. Bunun səbəbi isə trasdakı şərait idi və onlar hələ də ən böyük favoritdirlər. Lakin bütün azarkeşlər kimi ümid edirəm ki, çempionluq uğrunda mübarizə 3 komanda arasında gedər.

Mövsümün ilk yarışı qəribə idi. Bolidlər daha sürətli və aqressiv idilər, amma hamısında çox xüsusi texnologiyalar var. Bunu da azarkeşlər başa düşməkdə çətinlik çəkirlər. Artıq ötmələr də çətinləşib. Təbii ki, DRS-in təsiri artıb, amma mən bu sistemi çox da sevmirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 243
Teqlər , , ,
Paylaş

logo