20 Oktyabr 2017, Cümə - 07:11

G.Berger: “Həmiltonu Tanrı cəzalandırdı”

G.Berger: “Həmiltonu Tanrı cəzalandırdı”

Müəllif: Rauf Hacıyev, redaktor

10:11 - 03 İyul, 2017

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Sebastyan Fettelin Azərbaycan yarışında Lyuis Həmiltona qarşı etdiyi hərəkət təhlükəli olmayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Bakıdakı yarışda Həiltonun təhlükəsilik avtomobilinin arxasında yavaşlanmasına əsəbiləşərək, bolidini britaniyalı sürücünün üstünə sürmüşdü. Bu hərəkətinə görə stüardlar dördqat Dünya Çempionuna 10 saniyəlik dayan və get cəzası vermişdilər.

Gerhard Berger: “Bu cür müzakirələri sevirəm. Formula1-in buna ehtiyacı var. Bakı bizə keçmişi göstərdi. Lyuis və Sebastyanın emosiyalarını gördük. Fettelin hərəkəti təhlükəli deyildi. Onu stüardlar, Həmiltonu isə avtoidman Tanrısı cəzalandırdı. Beləliklə, söhbət bağlandı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 731
Teqlər , , , , ,
Paylaş

logo