G.Berger: “Ferrari-nin ayrılması heç kəsə yaxşı olmaz”

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Ferrari-nin idmandan getməsi yaxşı hal deyil.

F-1.az xatırladır ki, Markionne 2021-ci ildə qüvvəyə minəcək mühərrik reqlamentindən narazı qalmış və işlər istədiyi kimi getməsə, idmandan gedəcəklərini demişdi.

Gerhard Berger: “Ferrari-nin idmandan getməsinin nə faydası olacaq? Lap deyək ki, ayrıldılar və alternativ seriya yaratdılar. Sizcə, uğur qazana biləcəklər? Əlbəttə, yox. Keçmişdə belə hallar çox gördük və hər iki tərəf də itirdi.

Ross Braunun Liberty Media-da işləməsindən razıyam. Amma bu asan vəzifə deyil və bunun fərqindədir. Braunun bu iş üçün FİA-nın dəstəyinə ehtiyacı olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*