G.Berger: “Fanlar həmişə haqlıdırlar”

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, digər seriyalar da Formula1 ilə eyni problemi yaşayır.

F-1.az xatırladır ki, komandalar xərclərin çox olmasından şikayət edirlər.

Gerhard Berger: “Bütün seriyalar eyni problemləri yaşayırlar. Müasir dövrdə avtoidman fanatlarla maraqlana bilmir və idmanda xərclər qədər gəlir əldə edilmir. İstehsalçılar artıq daha çox pul xərcləyirlər. Aerodinamik borular yığırlar və bahalı simulyatorlar alaraq səviyyəni yüksəldirlər. Kiçik komandalar isə bu səviyyəyə yüksəlməkdə çətinlik çəkirlər. Xərcləri azaltmaq lazımdır. Avtoidmanda da haqlı tərəf həmişə müştərilərdir. Bizim müştərimiz də azarkeşlərdir. Onlara mükəmməl şou göstərməliyik. Qanadların hansı materialdan düzəldildiyi və ya yanacağın yanma prosesi azarkeşlərə maraqlı deyil. Onlar izləyəndə aradakı fərqi görmürlər. Onlar sükan arxasında sərt mübarizə aparan sürücülər görmək istəyirlər. Proqnozlaşdırılmamış qaliblər görmək istəyirlər. Xərcləri nəzarətə götürmək bütün sahələr üçün vacibdir. Formula E-də də eynisi olacaq. LMP1 kateqoriyasına baxın. Neçə istehsalçı qaldı?

Mercedes Formula1-dəki dəyişiklik hesabına üstünlük qazanmadı. Hazırkı reqlamenti yaxşı dəyərləndirdilər. Xərclərə dözürlər və qalib gəlirlər. Amma bu, onlar da daxil olmaqla hamıya zərər verir. Bir nəfər çox qalib gəlsə, fanların nifrətini qazanar. Bu hal Renault və Honda kimi böyük şirkətlərə zərər verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*