G.Berger: “Ekklstoun həyatdan həzz almalıdır”

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Ekklstounun yenidən idmanın içində olacağına əmin deyil.

F-1.az xatırladır ki, Ekklstoun Formula1-dəki rəhbər vəzifəsindən uzaqlaşdırılıb. Onu Çeys Keri, Şon Bratçes və Ross Braun əvəz edəcək. Amma bəzi sürücülər və komanda rəhbərləri düşünürlər ki, 86 yaşlı britaniyalı idmandan uzaqda qala bilməz və bir yolla geri dönəcək.

Gerhard Berger: “Berni nə etdiyini bilən adamdır. Əgər ona xeyir gətirən bir şey olsa, bunu dəyərləndirəcək. Avtoidmanda tanıdığım ən ağıllı adamlardan biridir. Amma artıq 86 yaşı var və indiyə qədər özünə vaxt ayırmayıb. Həmişə idmanı tanıtmaq və daha da populyar etmək üçün işləyib. Artıq bunlardan uzaqlaşıb, həyatın həzzini çıxarmalıdır. Onun 90 yaşını görsək, bəxtəvər olarıq. Buna görə də həyatdan həzz almalıdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*