F.Uilyams: “Brawn GP-nin yanında biz həvəskar kimi görünürük”

Brəklidə Brawn GP adlanan yeni komandanın hazırladığı BGP001 çempionatın ən sürətli maşını hesab olunur – bunu ən azı mövsümöncəsi testlərin […]

Brəklidə Brawn GP adlanan yeni komandanın hazırladığı BGP001 çempionatın ən sürətli maşını hesab olunur – bunu ən azı mövsümöncəsi testlərin nəticəsinə görə söyləmək olar. Digər komoandaların bir çox sürücüləri və başqa nümayəndələri gizlətmirlər ki, BGP001-in sürəti narahatlıq doğurur, Censon Batton və Rubnes Barrikello isə dərhal keçən ilin autsayderlərindən yeni mövsümün favoritlərinə çevriliblər. Avstraliyalı bukmeykerlər milli yarışın qalibi məhz britaniyalı sürücünü hesab edirlər, Kimi Rəykköneni isə ikinci yerə qoyublar, amma Censon karyerasında cəmi bir qələbə qazanıb, Kiminin qələbələrinin sayı isə on yeddidir.

Frənk Uilyams kimi mütəxəssisin Brawn GP-yə verdiyi qiymət də şübhə doğurmur: “Bu komandanın yanında biz həvəskar kimi görünürük. Testlərdə gördüyümüzə əsasən Avstraliyada Batton və Barrikellorəqibləri üçün əlçatmaz olacaqlar. Mən ümid edirəm ki, biz də heç olmasa nəyəsə nail olacayıq.”

Xatırladaq ki, mövsümün startı ərəfəsində Rubens Barrikello yeni maşın haqqında çox xoş sözlər söyləyib: “Yeni motoru götürək – bu sadəcə arzudur! Mən qaza basanda dəqiq bilirəm ki, maşın nə cavab verəcək. Motorun xarakteristikası dəyişkənliyi ilə seçilir. Maşın rəqabətədavamlıdır: komanda adını dəyişməsinə baxmayaraq, keçən il buraxdığı səhvlərdən çox şey öyrənib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*