Fransa QP dəqiq qayıdır

Bankdan təminat alan Fransa QP Pol Rikar trası ilə 2018-ci ildə Formula1-ə qayıdacaq.

F-1.az xatırladır ki, Fransa sonuncu dəfə Formula1-i 2008-ci ildə Manyi Kur trasında qəbul etmiş, amma maliyyə problemlərinə görə yarışlardan imtina etmişdi.

Xatırladaq ki, Pol Rikar 1974-1990-cı illərdə 14 dəfə Formula1-i qəbul etmişdi.

Biz keçən ilin dekabrında Fransanın təqvimə Pol Rikar trası ilə qayıdacağını yazmışdıq. Amma buna baxmayaraq, fransızlar lazımi ödəməni etmək üçün bəzi banklarla danışıqlara başlayıblar və bu danışıqlar müsbət nəticələnib.

Bu barədə təşkilatçı Kristian Estrozi danışıb: “Biz dekabrın 5-də açıqlama vermişdik. Ancaq hazırda bizim üçün tarixi anlardan biridir. Çünki Fransa QP dəqiq olaraq qayıdır. Bankdan təminat almamış bu yarışı təşkil edə bilməzdik. Amma bir neçə gün əvvəl bu müraciətimizi qəbul etdilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*