21 İyul 2018, Şənbə - 21:41

Fransa-2018: Üçüncü sərbəst yürüşlər

Fransa-2018: Üçüncü sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

16:13 - 23 İyun, 2018

Bugünkü məşqlər səmərəli olmayıb – sürücülər yalnız ilk 10 dəqiqədə işləyə biliblər və sonra yağış yağıb.

F-1.az bildirir ki, Pol Rikar trası yağış təkərlərinin testinə imkan verən yüksək texnologiyasının olması ilə fərqlənsə də, drenaj sistemi işinin öhdəsindən gələ bilməyib. Yağış başladıqdan dərhal sonra tras sürüşkən olub və asfalt üzərində kifayət qədər su yığılıb. Sürücülər sıralanma turunun quru havada keçəcəyi gözlənildiyindən, boksları tərk etməkdə maraqlı olmayıblar.

Sessiyanın sonuna 10 dəqiqə qalmış Williams sürücüləri və Alonso yağış təkərləri ilə trasa çıxıblar. Alonso dərhal geri qayıtsa da, Stroll və Sirotkin tam dövrə vurublar. Son dəqiqədə isə Lekler, Qasli, Vandorn və Hartli də trasa yollanıblar.

Bottasın ilk dəqiqələrdə göstərdiyi nəticə ən yaxşı olaraq qalıb – 1:33.666. Bir neçə sürücü, ümumiyyətlə, tam dövrə vura bilməyib.

Sıralanma turu Bakı vaxtı ilə 18:00-da baş tutacaq…

YerNSürücüKomandaZamanFərqDövrə
177Valtteri BottasMercedes AMG1:33.6663
255Karlos SaynsRenault1:34.953+ 0:01.2873
316Şarl LeklerSauber1:35.012+ 0:01.3465
414Fernando AlonsoMcLaren1:36.365+ 0:02.6994
55Sebastyan FettelFerrari1:36.756+ 0:03.0905
62Stoffel VandornMcLaren1:37.547+ 0:03.8814
710Pyer QasliToro Rosso1:38.317+ 0:04.6515
89Markus ErikssonSauber1:38.450+ 0:04.7843
911Serxio PeresForce İndia1:39.641+ 0:05.9754
103Daniel RikkardoRed Bull1:39.738+ 0:06.0723
1131Esteban OkonForce İndia1:40.087+ 0:06.4214
1244Lyuis HəmiltonMercedes AMG1:40.743+ 0:07.0773
137Kimi RəykkönenFerrari1:49.711+ 0:16.0453
1418Ləns StrollWilliams2:02.399+ 0:28.7334
1535Sergey SirotkinWilliams2:04.093+ 0:30.4275
1620Kevin MaqnussenHaas1
1728Brendon HartliToro Rosso3
188Roman QrojanHaas1
1927Niko HülkenberqRenault2
2033Maks FerstappenRed Bull3

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 43
Teqlər , , , , , ,
Paylaş

logo