21 İyul 2018, Şənbə - 21:38

Fransa-2018: Sıralanma turu

Fransa-2018: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

19:17 - 23 İyun, 2018

Pol Rikar trası 1990-cı ildən sonra Formula1-ə ev sahibliyi etməyib, həm də o vaxtdan bəri konfiqurasiyada dəyişikliklər olub. Həftənin əvvəlindən isə hamı başa düşürdü ki, ötmələr etmək asan olmayacaq və bir çox məsələ sıralanma turunda həll olunacaq.

F-1.az xatırladır ki, cümə günü hər iki məşq sessiyasında Həmilton liderlik edib, bu gün isə yağışın sürücülərə cəmi 10 dəqiqə işləməyə imkan verdiyi sessiyada Bottas ən sürətli olub.

Pirelli Fransaya Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirib. Təkərlərin aşınması yüksək olmayıb. Sessiyanın əvvəlində tras quruyub və sürücülər sliklərlə boksları tərk ediblər.

Birinci sessiyada hamı mübarizəyə UltraSoft təkərlərlə başlayıb. Həmilton hamıdan sürətli olub – 1:31.271. Sauber komandasının sürücüləri sürpriz edərək növbəti sessiyaya keçə biliblər. Son beşlikdə isə McLaren və Williams  sürücüləri ilə yanaşı, Hartli qərarlaşıb.

İkinci sessiyaya Mercedes və Red Bull sürücüləri SuperSoft təkərlərlə trasa çıxıblar. Həmilton 1:30.645-lik nəticə göstərdikdən sonra ən yumşaq tərkibə keçib, lakin nəticəsini yaxşılaşdırmayıb. Hər iki komandanın sürücüləri sabah yarışa qırmızı təkərlərlə başlayacaqlar. Mübarizəni Force İndia sürücüləri, Hülkenberq, Qasli və Eriksson dayandırıb. Şarl Lekler möhtəşəm nəticə ilə karyerasında birinci dəfə ilk onluğa düşə bilib.

Son sessiyada hamı boksları UltraSoft təkərlərlə tərk edib. Yağış ehtimalı yüksək olduğundan, sürücülər dərhal yaxşı nəticə göstərməyə çalışıblar. Həmilton ilk cəhddə ən sürətli olub – 1:30.222. Üçüncü dəqiqədə sessiya qırmızı bayraqlarla dayandırılıb – Qrojan dördüncü döngədə yerində fırlandıqdan sonra maşını divara çırpıb. Zərbə çox güclü alınmayıb, lakin maşını təxliyə etmək lazım olduğundan, restart yalnız 5 dəqiqə sonra verilib.

Bottas son saniyələrdə Həmiltonun ilk cəhddəki nəticəsini üstələyib, lakin britaniyalı sürücü komanda yoldaşına dərhal cavab verib – 1:30.029!

Beləliklə, Lyuis Həmilton mövsümdə üçüncü, karyerasında 75-ci poulunu əldə edib. Bottas ikinci olub və Mercedes komandası yarışa ilk cərgədən başlayacaq. İkinci cərgədən Fettel və Ferstappen, üçüncü cərgədən isə Rikkardo və Rəykkönen start alacaqlar. Top komandaların sürücülərindən sonra ən yaxşı nəticəni bu dəfə Sayns göstərib. Şarl Lekler 8-ci olaraq fantastik nəticə əldə edib. Beşinci cərgə isə Haas sürücülərinin ixtiyarında olacaq.

Sabah bizi Bakı vaxtı ilə 18:10-dan etibarən fantastik yarış gözləyir.

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG11:31.271811:30.64551:30.0296
277Valtteri BottasMercedes AMG41:31.776551:31.22761:30.1476
35Sebastyan FettelFerrari51:31.820821:30.75181:30.4006
433Maks FerstappenRed Bull21:31.531541:30.81881:30.7057
53Daniel RikkardoRed Bull61:31.910581:31.53881:30.8957
67Kimi RəykkönenFerrari31:31.567731:30.77281:31.0577
755Karlos SaynsRenault91:32.3941091:32.01661:32.1267
816Şarl LeklerSauber111:32.53810101:32.05581:32.6354
920Kevin MaqnussenHaas81:32.1691071:31.51081:32.9306
108Roman QrojanHaas71:32.0831061:31.47282
1131Esteban OkonForce İndia131:32.7866111:32.0758
1227Niko HülkenberqRenault151:32.9499121:32.1156
1311Serxio PeresForce İndia121:32.6927131:32.4548
1410Pyer QasliToro Rosso101:32.44710141:32.4607
159Markus ErikssonSauber141:32.80410151:32.8208
1614Fernando AlonsoMcLaren161:32.97610
1728Brendon HartliToroRosso171:33.02510
182Stoffel VandornMcLaren181:33.16210
1935Sergey SirotkinWilliams191:33.6369
2018Ləns StrollWilliams201:33.72910

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 49
Teqlər , , , ,
Paylaş

logo