Fransa-2018: Mətbuat konfranslarının cədvəli

Fransa Qran Prisi günlərində FİA-nın rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı konfrans otağına dörd sürücü – Fernando Alonso (McLaren), Pyer Qasli (Toro Rosso), Roman Qrojan (Haas) və Esteban Okon (Force İndia) dəvət olunub.

Cümə günü isə iki sərbəst yürüş sessiyası arasında fasilə zamanı komanda başçıları jurnalistlərin suallarını cavablandıracaqlar: Siril Abitebul (Renault), Erik Bulye (McLaren), Kristian Horner (Red Bull) və Frederik Vassyör (Sauber).

F-1.az xatırladır ki, şənbə və bazar günləri konfrans otağında sıralanma turu və yarışın ilk üçlüyü yer alır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*