18 Noyabr 2018, Bazar - 06:05

Fransa-2018: İkinci sərbəst yürüşlər

Fransa-2018: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

19:38 - 22 İyun, 2018

Sürücülər ikinci məşqlərdə təkərlərin səmərəliliyini yoxlayıblar. Sessiyanın əvvəlində Soft və SuperSoft təkərlərə üstünlük verilsə də, daha sonra UltraSoft təkərlərə keçiblər.

F-1.az bildirir ki, Markus Erikssonun ilk sessiyada qəzadan sonra baş verən qısa qapanmaya görə alışaraq ciddi xəsarət alan maşınını ikinci məşqlərə hazır etmək mümkün olmayıb. Maşına dəyən zərər o qədər böyükdür ki, isveçli sürücünün yeni şassi ilə yarışacağı gözlənilir.

Startdan 45 dəqiqə sonra Serxio Peresin maşınının arxa sol təkəri yaxşı bağlanmadığı üçün açılıb. Dərhal qırmızı bayraqlar dalğalanıb. Fasilə 5 dəqiqə davam edib, Serxio isə trasa yalnız sessiyanın sonunda qayıdıb.

Bottas maşınında maye sızması olduğu üçün yalnız 7 dövrə vura bilib və boksa gəlib. Sona 8 dəqiqə qalmış Hartli mühəndisin göstərişi ilə maşını saxlamalı olub. Virtual Təhülkəsizlik Maşını rejimi elan edilib.

Protokollara yenə Lyuis Həmilton başçılıq edib – 1:32.539.

Məşqlər sabah davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:32.53927
23Daniel RikkardoRed Bull1:33.243+ 0:00.70431
333Maks FerstappenRed Bull1:33.271+ 0:00.73224
47Kimi RəykkönenFerrari1:33.426+ 0:00.88729
55Sebastyan FettelFerrari1:33.689+ 0:01.15035
68Roman QrojanHaas1:33.699+ 0:01.16030
777Valtteri BottasMercedes AMG1:34.156+ 0:01.6177
814Fernando AlonsoMcLaren1:34.400+ 0:01.86124
920Kevin MaqnussenHaas1:34.457+ 0:01.91833
1010Pyer QasliToro Rosso1:34.535+ 0:01.99635
1127Niko HülkenberqRenault1:35.067+ 0:02.52830
1255Karlos SaynsRenault1:35.086+ 0:02.54733
132Stoffel VandornMcLaren1:35.172+ 0:02.63328
1416Şarl LeklerSauber1:35.583+ 0:03.04433
1528Brendon HartliToro Rosso1:35.697+ 0:03.15831
1631Esteban OkonForce İndia1:35.705+ 0:03.16625
1718Ləns StrollWilliams1:35.936+ 0:03.39734
1835Sergey SirotkinWilliams1:35.970+ 0:03.43135
1911Serxio PeresForce İndia1:36.080+ 0:03.54113
209Markus ErikssonSauber0

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 112
Teqlər , , , , , ,
Paylaş

logo