20 Oktyabr 2018, Şənbə - 08:22

Fransa-2018: Birinci sərbəst yürüşlər

Fransa-2018: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

15:37 - 22 İyun, 2018

Səhər hava isti olub, asfaltın temperaturu +40 dərəcəyə çatıb. Belə hava şəraiti bazar günü də gözlənilir. Bu gün sürücülərin işləməsinə yalnız külək bir qədər mane olub.

F-1.az bildirir ki, komandalar ənənəvi olaraq, aerodinamikanın elementlərini və təkərlərin səmərəliliyini yoxlamağa üstünlük veriblər. Əsas diqqət həftəsonunun ən yumşaq tərkibi olan UltraSoft təkərlərə yönəldilib.

Pol Rikar trasında geniş təhlükəsizlik zonaları var və Esteban Okon səhvə yol versə də, bunun hesabına maşını xəsarət almaqdan qoruya bilib. Lakin Markus Eriksson 12-ci döngədə yerində fırlandıqdan sonra maşını təkər baryerinə vurub. Maşın alışsa da, Markus maşını tərk etməyib və bütün sistemləri söndürməklə məşğul olub. O, yalnız komanda xəbərdarlıq etdikdən sonra kokpitdən çıxıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Sauber mexaniklərini maşını bərpa etmək üçün gərgin iş gözləyir.

Protokollara Lyuis Həmilton başçılıq edib – 1:32.231. Məşqlər nahardan sonra davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:32.23125
277Valtteri BottasMercedes AMG1:32.371+ 0:00.14029
33Daniel RikkardoRed Bull1:32.527+ 0:00.29625
47Kimi RəykkönenFerrari1:33.003+ 0:00.77223
55Sebastyan FettelFerrari1:33.172+ 0:00.94119
68Roman QrojanHaas1:33.318+ 0:01.08722
733Maks FerstappenRed Bull1:33.331+ 0:01.10015
810Pyer QasliToro Rosso1:33.685+ 0:01.45423
911Serxio PeresForce İndia1:33.719+ 0:01.48826
1020Kevin MaqnussenHaas1:34.108+ 0:01.87723
1155Karlos SaynsRenault1:34.258+ 0:02.02725
1231Esteban OkonForce İndia1:34.484+ 0:02.25314
1316Şarl LeklerSauber1:34.513+ 0:02.28221
149Markus ErikssonSauber1:34.592+ 0:02.36121
1528Brendon HartliToro Rosso1:34.664+ 0:02.43325
1614Fernando AlonsoMcLaren1:34.862+ 0:02.63120
1718Ləns StrollWilliams1:34.881+ 0:02.65028
1827Niko HülkenberqRenault1:34.993+ 0:02.76224
192Stoffel VandornMcLaren1:35.021+ 0:02.79024
2035Sergey SirotkinWilliams1:35.105+ 0:02.87425

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 81
Teqlər , , , , , ,
Paylaş

logo