FOTA xal sistemini dəyişməyi təklif edib

Bu gün Formula1 komandaları assosiasiyasının (FOTA) Cenevrədə keçirdikləri mətbuat konfransında dünya çempionatında tətbiq olunan xalvermə sisteminin dəyişdirilməsi təklif olunub. FOTA […]

Bu gün Formula1 komandaları assosiasiyasının (FOTA) Cenevrədə keçirdikləri mətbuat konfransında dünya çempionatında tətbiq olunan xalvermə sisteminin dəyişdirilməsi təklif olunub. FOTA təklif edib ki, artıq bu ildən Qran Prinin qalibinə 12 xal (köhnə sistemdə 10), ikinci yeri tutmuş sürücüyə 9 xal (8), üçüncü yeri tutmuş sürücüyə isə 7 xal (6) verilsin. Sonrakı yerləri tutmuş 5 sürücü hazırda tətbiq olunan sistemdəki kimi xal qazanacaqlar: 5-4-3-2-1.

McLaren komandasının yeni başçısı Martin Uitmarş deyib ki, belə bir təklif FOTA-nın 17 ölkədə azarkeşlər arasında keçirdiyi rəy sorğusundan sonra formalaşıb. Azarkeşlər tələb edirlər ki, xallar arasındakı fərqin belə artırılması qələbə uğrunda mübarizəyə stimul olacaq. Bundan başqa FOTA təklif edib ki, yarışın startına çıxacaq maşınların baklarındakı yanacağın miqdarı startdan əvvəl elan olunsun, bununla azarkeşlər yarışı daha maarqla izləyəcəklər. Bütün bu təkliflərə FİA-nın Ümumdünya Şurası baxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*