20 Noyabr 2017, Bazar ertəsi - 07:53

FOTA KERS-dən imtina edəcək?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:59 - 26 Aprel, 2009

Renault F1 komandasının başçısı Flavio Briatore hesan edir ki, Formula1 komandaları assosiasiyası (FOTA) çox güman ki, KERS-in ləğv olunması barədə […]

Renault F1 komandasının başçısı Flavio Briatore hesan edir ki, Formula1 komandaları assosiasiyası (FOTA) çox güman ki, KERS-in ləğv olunması barədə təkid edəcək. FİA-nın bu barədə mövqeyinin tam əksinə olaraq, komandalar bu sistemi aktiv tətbiq etmirlər. Briatorenin fikrincə, FOTA, ümumiyyətlə, gələn ildən sistemin ləğvinə çalışacaq…

Flavio Briatore: “FOTA bu sistemi 2010-cu ildən ləğv etmək istəyir. Biz dərhal başa düşdük ki, KERS çox bahalı işdir və FİA bunu nəzərə almalıdır. Bu problemi mövsümün startından əvvəl müzakirə etmək lazım idi, eyni şey diffuzorlara da aiddir. Bütün bunlar vaxtında edilmədiyi üçün, biz ağılsız və faydasız məsrəflərə məruz qaldıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 62
Teqlər
Paylaş

logo