FOTA J.Todta böyük ümidlər bəsləyir

FOTA ümid edir ki, FİA-nın yeni prezidenti Jan Todt iki təşkilat arasındakı əməkdaşlığın yeni erasının başlanğıcını qoyacaq. Hərçənd, komandaların çox […]

FOTA ümid edir ki, FİA-nın yeni prezidenti Jan Todt iki təşkilat arasındakı əməkdaşlığın yeni erasının başlanğıcını qoyacaq. Hərçənd, komandaların çox seçkiqabağı kampaniyada namizədləri dəstəkləməkdən aşkar çəkinirdilər, FOTA gözləyir ki, Todr Formula1-in problemlərinin həllinə aktiv başlayacaq.

FOTA-nın sədri Luka di Montedzemolo deyib: “Mən Jana ən xoş arzularımı çatdırıram, o yeni vəzifənin icrasına başlayır, amma mən həmişə onun bacarığına və işə sadiqliyinə yüksək qiymət vermişəm.

Əminəm ki, onun rəhbərliyi altında federasiya islah olunacaq və komandalarla, FOTA ilə dialoq və konstruktiv əməkdaşlıq atmosferi bərpa olunacaq…

Formula1 yeni fazaya qədəm qoyur: bütün səhmdarlar birlikdə işləməlidirlər, gələcəyi düşünməlidirlər, idmanın imicini bərkitmək və ona maraq oyatmaq lazımdır. Amma eyni zamanda Formula1-i dünyanın ən populyar idman növünə çevirən bütü keyfiyyətləri də saxlamaq zəruridir.”

FOTA sədrinin müavini Con Hauett əlavə edib: “Mən də Jan Todtun ünvanına söylənilən təbriklərə qoşuluram, o bu vəzifənin cirasına başlamaqla çox vacib və mürəkkəb işin altına girir.

Mən əminəm ki, Todtun prezidentliyi zamanı Formula1-in bütün səhmdarları onun rəhbərliyi altında birləşəcəklər və bizim idmanın möhkəmlənməsi üzərində işləyəcəklər.

FOTA Formula1-in həm azarkeşlər, həm də sponsorlar üçün maraqlı olması üçün Jana işlərində kömək etməyə hazırdır, bir şərtlə ki, Formula1-in böyük dəyərlərinin hamısı qorunmalıdır, axı onun özünün də bu dəyərlərdə az tövhəsi yoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*