FOTA alternativ seriya fikrinə qayıda bilərmi?

FOTA-nın vitse prezidenti Con Hauettin fikrincə, alternativ çempionatın təşkil olunması təklifi əvvəlki kimi aktualdır. Maraqlıdır ki, bu fikri o FİA […]

FOTA-nın vitse prezidenti Con Hauettin fikrincə, alternativ çempionatın təşkil olunması təklifi əvvəlki kimi aktualdır. Maraqlıdır ki, bu fikri o FİA və FOTA arasında növbəti qarşıdurma ilə nəticələnmiş dününəki iclasdan əvvəl səsləndirmişdi. Almaniyanın The Financial Times Deutschland qəzetinə müsahibəsində Hauett bildirib ki, alternativ seriyanın planları hələ “soyumayıb”. Paris razılaşmasının reallaşmasına ümid edən Con xəbərdarlıq edib: “Əgər nəsə razılaşmadan kənara çıxsa, bizim başqa variantlarımız da var.”

Məlum olduğu kimi dünən hər şey onun gözlədiyi kimi olub, federasiyanın nümayəndəsi Çarli Uaytinq FOTA ilə konflikti qızışdırıb və assosiasiyanın üzvləri gələn ilin reqlamenti müzakirə olunan iclası tərk etməli olublar. Britaniya qəzetləri yazırlar ki, Censon Batton Düsseldorf aeroportuna gələndə, Brawn GP komandasının başçısı Ross Braun Londona FOTA-nın növbədənkənar iclasına yola düşürmüş. Londonda dərc olunan The Guardian-ın fikrincə, FİA prezidenti Maks Mosli siyasi debatları maksimum uzatmağa çalışır ki, FOTA-nın alternativ çempionat təşkil etməyə vaxtı qalmasın.

Adının naməlum qalmasını istəyən komandalardan birinin nümayəndəsi bildirib ki, yeni komandalara gələn ilin reqlamentilə bağlı məsələlərdə səsvermə hüququnun verilməsi növbəti təxribatdır: “Bizim çoxumuz hesab edirik ki, yeni komandalar bu məsələlərdə səsvermə hüququna malik olmamalıdırlar. Hərçənd, sözsüz ki, onlar bütün iclaslarda iştirak etməli və orda deyilənlərə qulaq asmalıdırlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*