GP3 seriyasının təqvimi də təsdiq olunub

GP3 seriyasının təqvimi də təsdiq olunub

Müəllif: Rahim N.Aliyev, baş redaktor

07:52 - 05 Mart, 2016

GP3 seriyasının təşkilatçıları 2016-cı il mövsümü üçün təqvimi açıqlayıblar. Mövsüm cəi 9 yarışdan ibarətdir, onlardan ikisi səfər yarışı olacaq – Malayziya və Əbu Dabi, digər yeddi yarış isə Avropada baş tutacaq.

Bütün yarışlar Formula1 həftəsonu çərçivəsində keçiriləcək. F-1.az xatırladır ki, bir qədər əvvəl dərc olunan GP2 seriyasının təqvimindən fərqli olaraq GP3 ölkəmizə gəlməyəcək…

Tarix Şəhər, ölkə
13-15 may Barselona, İspaniya
01-03 iyul Şpilberq, Avstriya
08-10 iyul Silverstoun, Böyük Britaniya
22-24 iyul Budapeşt, Macarıstan
29-31 iyul Hakkenhaym, Almaniya
26-28 avqust Spa, Belçika
02-04 sentyabr Montsa, İtaliya
30-02 oktyabr Sepanq, Malayziya
27-29 noyabr Yas Marin, Əbu Dabi

Son Xəbərlər

İnformasiya

Bölüm GP3
Mənbə
Baxış Sayı 696
Teqlər
Paylaş