01 May 2017, Bazar ertəsi - 00:45

GP3 komandaları dörd test sessiyası keçirəcəklər

GP3 komandaları dörd test sessiyası keçirəcəklər

Müəllif: Rahim N.Aliyev, baş redaktor

21:13 - 19 Yanvar, 2016

GP3 seriyasının mətbuat xidməti builki test günlərinin tarixlərini açıqlayıb. Çempionat iştirakçıları 1 üçgünlük və 3 ikigünlük sessiyalarda işləyəcəklər.

F-1.az seriyanın saytına istinadən bildirir ki, ilk test sessiyası martın 22-dən 24-dək Portuqaliyanın Eştoril trasında baş tutacaq. İkigünlük sessiyalar isə Valensiyanın Rikardo Tormo adına avtodromda (7-8 aprel) və Bareselonada (20-21 aprel) planlaşdırılıb. Mövsümün gedişində isə komandalar Şpilberqdə (7-8 iyun) toplaşacaqlar.

Təşkilatçılar hələ mövsümün təqvimini dərc etməyiblər, amma bunu yaxın zamanda etməyi planlaşdırırlar…


Son Xəbərlər

İnformasiya

Bölüm GP3
Mənbə
Baxış Sayı 834
Teqlər
Paylaş

logo