Builki təqvim təsdiq olunub – GP2 Bakıya gələcək!

Builki təqvim təsdiq olunub – GP2 Bakıya gələcək!

Müəllif: Rahim N.Aliyev, baş redaktor

16:11 - 04 Mart, 2016

GP2 seriyasının təşkilatçıları 2016-cı il mövsümü üçün təqvimlərini dərc ediblər. Seriyanın 12-ci mövsümü on bir yarışdan ibarət olacaq – ilk dəfə təqvimdə Bakı da yer alıb..

F-1.az seriyanın rəsmi saytına istinadən bildirir ki, mövsümdəki on bir yarışdan üçü səfər yarışı olacaq (Azərbaycan, Malayziya və Əbu Dabi), digər 8 yarış isə Avropada olaacq. Bütün yarışlar Formula1 həftəsonu çərçivəsində keçiriləcək.

Bruno Mişel, seriyanın promouteri: “Bu il yenə də bizim təqvim Avropa və səfər yarışlarından təşkil olunub – ilk dəfə Bakıya gedəcəyik və yenidən Sepanqa qayıdırıq. Təqvimi tərtib edərkən biz məsrəfləri də nəzərə almışıq ki, komandaların iqtisadi durumuna ciddi zərər dəyməsin. Mən hesab edirəm ki, biz ideal balans əldə etmişik, bizim sürücülər isə Formula1 trasları ilə tanışlıqlarını davam etdirə biləcəklər”.

Seriyanın mövsümöncsi testləri gələn həftə Barselonada və martın sonunda Xeresdə baş tutacaq…

Tarix Şəhər, ölkə
13-15 may Barselona, İspaniya
26-28 may Monte Karlo, Monako
17-19 iyun Bakı, Azərbaycan
01-03 iyul Şpilberq, Avstriya
08-10 iyul Silverstoun, Böyük Britaniya
22-24 iyul Budapeşt, Macarıstan
29-31 iyul Hokkenhaym, Almaniya
26-28 avqust Spa, Belçika
02-04 sentyabr Montsa, İtaliya
31-02 oktyabr Sepanq, Malayziya
25-27 noyabr Yas Marin, Əbu Dabi

Son Xəbərlər

İnformasiya

Bölüm Bakı Şəhər Halqası
Mənbə
Baxış Sayı 944
Teqlər , , , ,
Paylaş