S.Fettel təkbaşına “Millətlər Kuboku”nu qazanıb!

S.Fettel təkbaşına “Millətlər Kuboku”nu qazanıb!

Müəllif: Rahim N.Aliyev, baş redaktor

02:49 - 23 Yanvar, 2017

Bazar günü Mayamidə Çempionlar Yarışı çərçivəsində “Millətlər Kuboku”nun sahibi müəyyənləşib – ikinci günün nəticəsi də sensasiya ilə yadda qalıb. Qələbəyə Almaniya millisi sevinib – komandanı isə Sebastyan Fettel təkbaşına təmsil edib.

Almaniyalı sürücünün zəfəri Censon Battonla dueldən başlayıb – Radical superkarının sükanı arxasında inamlı qələbə qazanan Fettel F1-in veteran sürücüsünü məğlub edib. Maraqlıdır ki, bazar günü Fettelin işi iki dəfə çətin olub, çünki sürücü həm öz yerinə, həm də dünən qəza keçirərək mübarizədən kənar qalan həmyerlisi Paskal Verlyaynın əvəzinə çıxış edib. Buna baxmayaraq, Fettel daha bir britaniyalı veteran sürücünü – Devid Kulthardı da məğlub edib.

Daha sonra trasa iki braziliyalı sürücü çıxıb – Helio Kastroneveş Latın Amerikasını, Toni Kanaan Braziliya millisini təmsil ediblər. Finişdə Helionun həmyerlisi üzərində üstünlüyü cəmi 0.003 saniyə olub.  Felipe Massa vəə Qabriel Qlusmanın qarşıdurması isə argentinalının qəzası ilə nəticələnib: dünən Verlyaynın qəza etdiyi üçtəkərli Polaris-i idarə edən sürücü baryerlərə çırpılıb.

Britaniya və Skandinaviya millilərini təmsil edən Batton və Tom Kristensenin yarışı dünənki finalçının qələbəsi ilə başa çatıb – xatırladaq ki, Tom finalda Xuan Pablo Mantoyaya uduzmuşdu. Skandinaviyanı təmsil edən Solberq bu dəfə КТМ Х–Bow sportkarında Kultharda uduzub – heç-heçəyə baxmayaraq, hər iki keçmiş F1 sürücüsü qrup mərhələsində mübarizəni dayandırıb.

Dünənki qalib Montoya isə Kolumbiya millisinin heyətində Kastroneveşi məğlub edib. Montoyanın komanda yoldaşı növbəti yarışda məğlub olsa da, Kolumbiya millisi yarımfinala çıxa bilib.

Ümmiyyətlə, bütün qarşıdurmalardan sonra məlum olub ki, Kolumbiyadan başqa Almaniya millisi ilə yanaşı ABŞ NASCAR və ABŞ İndyCar komandaları da yarımfinala yüksəliblər.

İlk yarımfinal görüşündə dördqat dünya çempionu Fettel əvvəlcə Ariel Atom sportkarında Mantoyanı, daha sonra isə ROC baqqidə Çavesi məğlub edərək Almaniya millisini finala çıxarıb. Digər yarımfinalın ilk yarışında Kurt Buşla Rayn Hanter üz-üzə gəlib və NASCAR sürücüsü finişdə sevinən tərəf olub. Vuhl sportkarında baş tutan digər yarışda Kurtun qardaşı Kayl Buş bu dəfə Aleksander Rossiya uduzub. Baqqinin sükanı arxasında Aleksanderi məğlub edən Kurt komandasını finala daşıyıb.

Final yarışları Ariel Atom sportkarında başlayıb: Fettel asanlıqla Kurt Buşu məğlub edib. Növbəti yarış üçün rallikross maşını seçilib: Fettel bu dəfə Kayl Buşu arxada qoyub və Almaniya millisinə “Millətlər Kuboku”nu qazandırıb.

F-1.az xatırladır ki, Fettel əvvəllər Mixael Şumaxerlə bir komandada bu kuboku 6 dəfə qazanmışdı, 7-ci dəfə bunu təkbaşına edib…

 

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 262
Teqlər ,
Paylaş