Rəsmən: Mercedes komandası Lounun getməsini təsdiq edib

Rəsmən: Mercedes komandası Lounun getməsini təsdiq edib

Müəllif: Elçin Zodorov, redaktor

21:30 - 10 Yanvar, 2017

Pəddi Lounun komandadan getməsi rəsmən təsdiq olunub. Mütəxəssisin Williams-a keçəcəyi gözlənilir və bu keçidə qədərbritaniyalı mütəxəssis 3-4 aylıq məcburi məzuniyyətdə olacaq.

F-1.az xəbər verir ki, Toto Volff Mercedes AMG-dən ayrılan təcrübəli mütəxəssisə komandanın uğurlarındakı roluna görə minnətdarlığını bildirib.

Toto Volff: “Pəddi son üç il yarımlıq müddət ərzində komandamızın uğurlarında əhəmiyyətli rol oynayıb. Biz Mercedes-in avtoidmandakı bu tarixi dövrünə verdiyi töhfələrə görə ona təşəkkür edirik. Formula1-də uğur konkret insanlardan yox, komandanın birlikdə gördüyü işdən asılıdır. Bizim istedadlı mütəxəssislərimiz var və daha da inkişaf edə bilərik. Qarşıdakı mövsümdə və ondan sonra da uğurlu çıxışımızı davam etdirmək istəyirik”.

Pəddi Lou: “Mən bu üç il yarım ərzində Mercedes AMG ilə inanımaz uğurlara nail olmuşam və bu möhtəşəm komandada işləməkdən zövq almışam. İndi isə yeni nailiyyətlər üçün səbirsizlənirəm və Mercedes AMG-yə uğurlar arzulayıram”.

Qeyd edək ki, Lounun yerinə Ceyms Əllisonun keçəcəyi gözlənilir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 091
Teqlər , , ,
Paylaş