Pirelli Bəhreyn və Rusiya Qran Priləri üçün təkər seçimini elan edib

Pirelli Bəhreyn və Rusiya Qran Priləri üçün təkər seçimini elan edib

Müəllif: Rahim N.Aliyev, baş redaktor

18:47 - 11 Yanvar, 2017

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti gələn mövsümün növbəti iki Qran Prisinə gətirəcəyi təkər tərkiblərini açıqlayıb.

F-1.az xatırladır ki, son reqlamentə görə, şirkət Avropa yarışları üçün təkər seçimini yarışa 8 həftə qalmış elan edir, Avropadan kənarda olan yarışlara isə təkər seçimi yarışa 14 həftə qalmış elan olunur. Ona görə də növbə artıq Bəhreyn və Rusiya Qran Prilərinə çatıb.

Bəhreyndə seçim elə keçənilki kimi olacaq – komandalar Medium, Soft və Supersoft tərkiblərini alacaqlar. Medium və Soft tərkibləri isə məcburi elan olunub, yəni hər bir sürücü bu tərkiblərdən ən azı bir dəst yarışa sifariş verməli və yarışda bunların hər hansı birindən istifadə etməlidir.

Rusiya Qran Prisi üçün Pirelli keçənilki tənqidlərə qulaq asaraq bu dəfə ən yumşaq üçlüyə üstünlük verib – Soft, Supersoft və UltraSoft. Bu dəfə məcburi tərkiblər Soft və Supersoft olacaq.

Bir daha xatırladırıq ki, builki təkərlər yeni olduğu üçün mövsümün ilk beş yarışında sürücülər dəst sayını seçməyəcəklər. Onların hər birinə 2 dəst bərk, 4 dəst orta və 7 dəst yumşaq tərkibli təkər veriləcək…

Mərhələ / Tərkiblər UltraSoft SuperSoft Soft Medium Hard
Markalanma rəngi Bənövşəyi Qırmızı Sarı Narıncı
Avstraliya Qran Prisi  UltraSoft SuperSoft Soft
Çin Qran Prisi SuperSoft Soft Medium
Bəhreyn Qran Prisi SuperSoft Soft Medium
Rusiya Qran Prisi UltraSoft SuperSoft Soft

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 373
Teqlər , , , , , ,
Paylaş