P.Lou Mercedes-i tərk edib

P.Lou Mercedes-i tərk edib

Müəllif: Rahim N.Aliyev, baş redaktor

15:20 - 10 Yanvar, 2017

Son iki ayda gəzən şayiələr təsdiq olunub – çempion komandanın texniki direktoru Pəddi Lou komandasını tərk edib.

F-1.az artıq xəbər vermişdi ki, Mercedes AMG komandasının texniki direktoru Pəddi Lou Williams komandasında rəhbər vəzifələrdən birini tutmaq üçün çempion komandasını tərk edəcək. Britaniyanın SkySports resursu bildirib ki, keçidin birinci hissəsi baş tutub – Lou artıq Mercedes-dən gedib.

Mercedes komandası xəbəri şərh etməkdən boyun qaçırıb. Lounun Williams-la müqaviləsinin bu günlərdə təsdiq olunması gözlənilir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 405
Teqlər , , ,
Paylaş