30 May 2017, Çərşənbə axşamı - 09:14

Monako-2017: DHL Fastest Pit Stop Award

Monako-2017: DHL Fastest Pit Stop Award

Müəllif: Elçin Zodorov, redaktor

19:06 - 29 May, 2017

Artıq üçüncü ildir ki, Formula1-də mövsüm ərzində daha çox sürətli pit-stoplara görə fərqlənən komanda müəyyən olunur. Yekunda isə həmin komandaya Formula1-in rəsmi tərəfdaşlarından biri olan DHL-in təsis etdiyi DHL Fastest Pit Stop Award mükafatı verilir.

Belə görünür ki, Williams-ın pit-stoplardakı uğurlu günləri də artıq geridə qalıb – Qrouv təmsilçisinin mexanikləri sürətlərinə görə ardıcıl iki yarışdır ki, ilk üçlüyə belə düşə bilmirlər. Monakoda onlar ən yaxşı dördüncü nəticəni göstərə biliblər.

F-1.az xəbər verir ki, Monakoda bu sahədə lider Red Bull olub – Rikkardonun maşınına 2.60 saniyədə qulluq edilib ki, əslində bu da rekord nəticədən xeyli uzaqdır. Hər halda mexaniklərin işi avstraliyalıya trasa Bottas və Ferstappenin önündə qayıtmağa imkan verib. Mercedes komandası Red Bull-a cüzi fərqlə uduzub – Həmiltonun təkərləri 2.61, Bottasın təkərləri isə 2.65 saniyəyə dəyişilib.

Ferrari bu göstəriciyə görə liderlər sırasında olmayıb – komanda ilk onluğa yalnız Fettelin pit-stopu ilə düşüb və cəmi bir xal qazanıb. Lakin qeyd etməliyik ki, bu, alman sürücünün yarışda qalib gəlməsinə mane olmayıb.

Renault və Sauber komandaları isə hələ də fərqlənə bilməyiblər…

 

Komanda Avstraliya Çin Bəhreyn Rusiya İsaniya Monako Kanada Azərbaycan Avstriya Britaniya Macarıstan Belçika İtaliya Sinqapur Malayziya Yaponiya ABŞ Meksika Braziliya Əbu Dabi Cəmi
Williams 40 25 31 20 12 12 145
Mercedes AMG 26 1 8 20 40 33 128
Red Bull 6 27 19 25 18 25 120
Toro Rosso 12 10 1 20 20 10 73
Force İndia 6 12 30 4 1 4 57
Ferrari 11 20 10 1 6 1 49
Haas 0 6 0 0 4 8 18
McLaren 0 0 2 6 0 8 16
Renault 0 0 0 0 0 0 0
Sauber 0 0 0 0 0 0 0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 649
Teqlər , , ,
Paylaş

logo