Mercedes Formula E-yə qoşulmağa hazırlaşır

Mercedes Formula E-yə qoşulmağa hazırlaşır

Müəllif: Rahim N.Aliyev, baş redaktor

08:16 - 05 Oktyabr, 2016

Mercedes-Benz Grand Prix Ltd və Formula E Operations arasında bağlanan müqaviləyə əsasən, Mercedes komandası Formula E çempionatının 5-ci mövsümündə çıxış edəcək 12 komandadan biri olacaq.

F-1.az xatırladır ki, 2018-2019-cu illər mövsümündə seriyanın tərkibi iki komanda böyüyəcək və iki komanda çempionatda debüt edəcək. Mercedes-in çempionatda debütü FİA tərəfindən təsdiq olunmalıdır, amma bu sadəcə formal xarakter daşıyır.

Planlaşdırıldığına görə, məhz 5-ci mövsümündə Formula E seriyası akkumulyator batareyaları təchizatçısını da dəyişəcək – deyilənlərə görə, Williams-ın istehsal etdiyi batareyalar McLaren-in istehsal etdiyi batareyalarla əvəz olunacaq. Radikal dəyişikliklərdən biri də sürücülərin bütün yarışı indiki kimi iki maşınla deyil, yalnız bir maşınla keçirmələri olacaq – hazırda sürücülər yarışın ortasında bir maşından digər maşına keçirlər.

Toto Volff: “Biz böyük maraqla Formula E-nin inkişafını izləyirdik. Hazırda biz gələcək üçün bütün variantları nəzərdən keçiririk və əldə etdiyimiz razılıq müqaviləsindən çox razıyıq. Gələcək avtomobil sənayesində elektrikləşdirmə vacib rol oynayacaq. Yarışlar isə sənayenin araşdırılması, tədqiqi, testi və inkişafı üçün həmişə əla platforma olublar, ona görə də Formula E çempionatı perspektiv üçün əla seçimdir…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 463
Teqlər , , ,
Paylaş