Hunqarorinqdə yenilənmə işləri davam etdirilir

Hunqarorinqdə yenilənmə işləri davam etdirilir

Müəllif: Elçin Zodorov, redaktor

08:37 - 12 Yanvar, 2016

Macarıstan Qran Prisinin keçirildiyi Hunqarorinq trasında bəzi yenilənmə işləri başlanıb. Bunlara asfalt örtüyünün yenilənməsi də daxildir.

Trasın rəhbəri Zsolt Qyulay bu barədə danışıb: “Tras aprelin 24-də keçiriləcək WTCC yarışına qədər hazır olmalıdır. Trasın genişlənməsi üçün bəzi işlər görüləcək. Bu, Formula1 yarışına təsir etməyəcək”.

Yenilənmələrdən sonra tras MotoGP yarışını da qəbul edə bilər.

F-1.az  xatırladır ki, 2016-cı ilin Formula1 təqvimində öz yerini alan macar yarışı bu trasda iyulun 24-də keçiriləcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 457
Teqlər , , , ,
Paylaş