Force İndia da yeni maşının təqdimat tarixini açıqlayıb

Force İndia da yeni maşının təqdimat tarixini açıqlayıb

Müəllif: Rahim N.Aliyev, baş redaktor

16:11 - 05 Yanvar, 2017

Bu gün Force İndia komandası da yeni maşınını göstərəcəyi tarixi açıqlayıb – hindistanlılar tarixi elan edən 3-cü komanda olsalar da, hamıdan əvvəl təqdimat keçirəcəklər, hələlik.

F-1.az xatırladır ki, daha əvvəl təqdimat tarixlərini FerrariMercedes komandaları açıqlamışdılar…

Komandanın mətbuat xidmətinin yaydığı relizdə deyilir: “Bu xəbər sizi sevindirəcək: biz yeni maşını fevralın 22-də Silverstounda təqdim edəcəyik! Həmin günə biz bir çox tədbir planlaşdırmışıq, ona görə də hadisə yerindən xəbərləri bizim sosial şəbəkələrdəki hesablarımızdan izləyin – siz daha çox məlumat almaqla yeni mövsümün başlanmasından həzz ala bilərsiniz.

Bizi yeni reqlament gözləyir, biz yeni sürücü ilə işləyəcəyik və biz keçənilki uğurumuzu artırmaq istəyirik. Bizim gücümüzü hiss etmək vaxtıdır!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 544
Teqlər ,
Paylaş