Ferrari yeni bolidini təqdim edib!

Formula1-in demək olar ki, ən çox gözlənilən təqdimetmə mərasimi baş tutdu. Ferrari 667 kod adı altında hazırlanan yeni maşını onlayn rejimdə təqdim etdi.

F-1.az xəbər verir ki, komandanın 2016-cı ildə yarışacağı maşın SF16-H adlanır.

Gözlənildiyi kimi, maşının dizaynında həmişəkindən daha çox ağ rəng var.  İlk baxışdan görünür ki, yeni maşın nisbətən qısa buruna və dar gövdəyə sahibdir.

F-1.az təqdimat və bolidin texniki xüsusiyyətləri barədə daha geniş məlumat verəcək. Bizi izləyin…

SF16-H

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*